Güneyli milli fəala həbs cəzası verildi – FOTO

Dünya


Güney Azərbaycan Milli Hərəkatının milli fəallarından olan Əli Rəzizadə Nadarlıya həbs cəzası verilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, o, “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək” ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin bu qərarına əlavə olaraq, milli fəalın azadlığa buraxıldıqdan sonra daha 2 il müddətinə siyasi, ictimai qurumlara üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir