Salyanda ağır yol-nəqliyyat hadisəsində yaralanan beş nəfər evə buraxıldı

Cəmiyyət


Ötən gün Ələt-Astara magistral yolunda baş verən qəzada yaralanan beş nəfər evə buraxılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib.

“Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilən beş nəfərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.

Xatırladaq ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin digər iki avtomobillə toqquşması nəticəsində baş verib.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir