Azərbaycan bəzi əcnəbi jurnalistlərin adını “qara siyahı”dan çıxardı – CANLI YAYIM

Siyasət


Xarici İşlər Nazirliyi (XİN), Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.

Oxu.Az xəbər verir ki, bəyanat mətnini XİN-də keçirilən brifinqdə qurumun Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə oxuyub.

Bəyanata əsasən, 58 media nümayəndəsinin adı həmin siyahıdan çıxarılıb.

A.Hacıyev qeyd edib ki, “qara siyahı”dan adı çıxarılanlar arasında 15-ə yaxın ölkənin müxtəlif media qurumlarını təmsil edən jurnalistlər, bloqerlər yer alıblar. Onlar müxtəlif illərdə ölkəmizin ərazilərinə qanunsuz səfərlər ediblər.

Aysel Aslan

www.RESMIXEBER.az