Keçmiş məhkum anası ilə mübahisə edib özünü yandırdı

Kriminal


Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Elşən Babagül oğlu Mahmudovun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. 

O, dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq, səhər saatlarında xəstəxanda ölüb.

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir