Ağdaşda yük maşını yanıb – VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Ağdaş Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “KamAZ” markalı yük avtomobilinin kabinəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir