Şabranda qonşular arasında dava düşdü: Ata və oğul döyüldü

Cəmiyyət


Şabranda qonşular arasında dava düşüb, ata və oğul döyülüb.

“Report”un məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, Şabran rayon sakinləri – 1972-ci il təvəllüdlü Əmrəliyev Mehman Əmrəli oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Rzayev Əmralı Mehman oğlu mübahisə zəminində qonşuları tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az