Zelenski Avropa Şurasının iclasında iştirak edəcək

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski sabah keçiriləcək Avropa Şurasının iclasında iştirak edəcək

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta “X” platformasında paylaşım edib.

“Prezident Zelenskini sabah keçiriləcək Avropa Şurasında qarşılamaq mənim üçün böyük məmnuniyyət olacaq. Biz Ukraynaya dəstəyimizi daha da gücləndirməyin yollarını müzakirə edəcəyik”, – Koşta yazıb.

Daha sonra o, Ukraynanı dəstəkləmək kimi öhdəliklərinin dönməz olduğunu qeyd edib: “Biz eyni zamanda Ukraynanı gücləndirərək və Rusiyaya təzyiqləri artıraraq sülhə doğru irəliləyəcəyik”.