Türkiyədə meşə YANIR: 7 təyyarə və 16 helikopter cəlb olundu – VİDEO

Baş səhifə

Türkiyənin cənub-qərbində yerləşən Muğla vilayətində genişmiqyaslı meşə yanğını baş verib.

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə 7 təyyarə, 16 helikopter, 21 yanğınsöndürən maşın, 6 su çəni, 2 buldozer və Meşə Təsərrüfatı Regional İdarəsinin 178 əməkdaşı cəlb olunub.

Hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində işlər davam etdirilir.