Ukraynada “Patriot” sistemlərinin raket-ehtiyatı TÜKƏNDİ

Baş səhifə

Ukraynanın Rusiya ballistik raketlərinə qarşı istifadə etdiyi “Patriot” sistemlərinin raket-ehtiyatı tükənib.

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ istehsalı olan məhdud sayda “Patriot” raketlərinin ehtiyatı Rusiyanın avqustun 5-i və 8-də Kiyevə endirdiyi zərbələrdən əvvəl başa çatıb.

Nəticədə həmin hücumlar zamanı Ukrayna paytaxtına atılan ballistik raketlərin heç birini zərərsizləşdirmək mümkün olmayıb.

“Financial Times” yazır ki, Rusiya raket istehsalını artırdığı, ABŞ və onun müttəfiqlərinin ehtiyatları isə azaldığı üçün Kiyev qış ərəfəsində hava hücumundan müdafiə imkanlarının daha da zəifləməsindən narahatdır.

Ukrayna hakimiyyəti “Patriot” raketlərinin və digər hava hücumundan müdafiə vasitələrinin tədarükünün təcili şəkildə artırılmasına çağırır.