İsrail “Hizbullah”ı Livanın cənubunda atəşkəsi pozmaqda ittiham edib

Baş səhifə

Bakı. Trend:

İsrail Livanın cənubunda atəşkəs rejiminin şiə təşkilatı “Hizbullah” tərəfindən pozulduğunu hesab edir.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin
bəyanatında bildirilib.

Bundan əvvəl, avqustun 15-də İsrail ordusu Livanın cənubundakı
Nəbatiyyə şəhəri və Ənsar qəsəbəsi yaxınlığında “Hizbullah”a məxsus
infrastruktura zərbələr endirdiyini açıqlamışdı. Ordunun mətbuat
xidmətinin bəyanatında qeyd olunmuşdu ki, zərbələr Livanın
cənubunda Əli ət-Tahir dağ silsiləsi ərazisində “Hizbullah”
silahlılarının İsrail hərbçilərinə qarşı həyata keçirdiyi hücuma
cavab olaraq endirilib.




“Bu gün səhər “Hizbullah” Livanda atəşkəs rejimini pozaraq
sərhədin o tayında yerləşən İsrail yaşayış məntəqələrini qoruyan
təhlükəsizlik zonasında hərbçilərimizə hücum edib. Hücum
nəticəsində üç hərbçimiz ağır yaralanıb. İsrail Müdafiə Ordusu
cavab olaraq hücum əmrinin verildiyi “Hizbullah”ın terror
qərargahına zərbə endirib”, – deyə Netanyahunun ofisinin
bəyanatında bildirilib.

İsrail tərəfinin sözlərinə görə, “yalnız sonradan İsrail Müdafiə
Qüvvələri “Hizbullah”ın bu hərbi kompleksə qəsdən mülki şəxsləri
yerləşdirdiyini öyrənib”.