Bakı. Trend:
Zimbabvedə avqustun 11-də Kariba su anbarında baş vermiş bərə
qəzasında həlak olanların sayı 72 nəfərə çatıb.
Bu barədə “ZBC” telekanalı polisə istinadən məlumat yayıb.
Bundan əvvəl 68 nəfərin həlak olduğu bildirilmişdi. Faciə
yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Eyni zamanda,
həlak olanların şəxsiyyətinin yaxınları tərəfindən
müəyyənləşdirilməsi prosesi aparılır.
Gəmidə olan insanların dəqiq sayı hələ də məlum deyil. Buna
səbəb valideynlərinin müşayiəti ilə olan uşaqların biletsiz şəkildə
bərəyə buraxılmasıdır.
İlkin məlumata görə, güclü külək və dalğalanma nəticəsində bərə
dərinliyi 50 metrdən artıq olan Kariba su anbarında çevrilib.
Gəmidə 160-dan çox insanın olduğu ehtimal edilir. Onlardan 77 nəfər
xilas edilib.

