
Bakı. Trend:
Avropalı kibertəhlükəsizlik mütəxəsisləri “WhatsApp”da dünya
üzrə 3 milyarddan çox istifadəçinin telefon nömrələrini üzə çıxaran
kritik bir boşluq aşkarlayıblar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Sözügedən boşluq kibercinayətkarlara istifadəçilərin profil
məlumatlarını toplamağa və dünyanın ən populyar mesajlaşma
tətbiqinin istifadəçilərinin kimliyini müəyyənləşdirməyə imkan verə
bilər ki, bu da sonradan hücumlar üçün istifadə oluna bilər.
Vyana Universiteti və “SBA Research” mütəxəssisləri tərəfindən
aşkarlanan nöqsan“WhatsApp”ın mobil cihazlardakı əlaqə nömrələrinin
aşkarlanması mexanizmi ilə bağlıdır. Həmin mexanizm ünvan
kitabçasındakı mobil nömrələrin “WhatsApp”ın mərkəzi bazası ilə
uyğunlaşdırılması üçün icazə istifadəçilərdən tələb edir.
“WhatsApp”ın ana şirkəti “Meta” artıq problemi aradan
qaldırdığını açıqlayıb. Lakin buna qədər hakerlərin öz hücumlarında
bu boşluqdan suistifadə edib etmədiyi hələ ki, məlum deyil.

