"Tvente" – "Qarabağ" oyunu bu telekanalda yayımlanacaq

Baş səhifə

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Modern.az xəbər verir ki, azərbaycanlı azarkeşlərin diqqəti “Tvente” – “Qarabağ” oyununa yönələcək.

Niderlandda keçirləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Oyunu Azərbaycanda CBC Sport telekanalı canlı yayımlayacaq.

Komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.