Bakı. Trend:
Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi
zamanı baş verən qəfil çökmə nəticəsində üç işçi həlak olub, ikisi
isə yaralanıb.
Trend xəbər verir
ki, hadisə Kulp-Muş avtomobil yolunun ikinci kilometrliyində,
Karabulak məhəlləsindəki Kupka kəndi yaxınlığında tikilən dairəvi
yolda baş verib.
Hadisə zamanı ağır yaralanan dörd işçi xəstəxanaya çatdırılıb və
dağıntılar altında qalan işçiləri xilas etmək üçün genişmiqyaslı
əməliyyat başlayıb.
Bölgədə axtarış-xilasetmə işləri davam edir və səlahiyyətlilər
qəzanın səbəblərini araşdırır.

