Tramp: Respublikaçılar arasında reytinqim 95 faizdir

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının tərəfdarları arasında reytinqinin rekord səviyyəyə çatdığını bildirib.

Modern.az xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşım edərək respublikaçılar arasında onun fəaliyyətini dəstəkləyənlərin payının 95 faiz olduğunu iddia edib.

“Respublikaçılar arasında təsdiq reytinqim hazırda 95 faizdir — rekord göstəricidir. İkinci yerdə Ronald Reyqan 86 faizlə qərarlaşıb. Təşəkkür edirəm!”, – Tramp yazıb.

Lakin ABŞ Prezidenti paylaşımında bu rəqəmlərin hansı sorğu və ya araşdırmaya əsaslandığını açıqlamayıb. ABŞ mediası da Trampın 95 faizlik göstəricinin mənbəyini göstərmədiyini qeyd edir. 

Müqayisə üçün, “Pew Research Center”in 2026-cı ilin iyulunda apardığı sorğuda Trampın fəaliyyətini respublikaçılar və Respublikaçılar Partiyasına meylli respondentlərin 69 faizi müsbət qiymətləndirib.