Tramp Atlantik və ya Sakit okeanların adını dəyişmək istəyir

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp vəzifəsini tərk edənədək Atlantik və
ya Sakit okeanların adını “Tramp okeanı” və ya “Amerikalar okeanı”
olaraq dəyişməyi planlaşdırır.

“Bizə bir okean lazımdır. Buna görə də Atlantik və ya Sakit
okeanın adını dəyişmək barədə düşünürdüm. Onu “Tramp okeanı” və ya
“Amerikalar okeanı” adlandıracağıq. Buna bənzər bir şey. Mən
vəzifəmdən getməzdən əvvəl bunu etməliyik. Hesab edirəm ki, bizim
bir okeanımız olmalıdır, həmçinin böyük bir çaya ehtiyacımız var.
Amma Missisipi çayının adını dəyişmək fikrində deyiləm. Mən
Missisipini sevirəm”, – deyə dövlət başçısı Tennessi ştatında
tərəfdarları qarşısında çıxış edərkən bildirib.




O, Hörmüz boğazının adının Tramp boğazı olaraq dəyişdirilə
biləcəyini də bir daha bəyan edib.

Daha əvvəl ABŞ lideri Meksika körfəzinin və Ontario gölünün
adlarının müvafiq olaraq Amerika körfəzi və Amerika gölü olaraq
dəyişdirilməsini nəzərdə tutan fərmanlar imzalayıb. Bu sərəncamlar
federal hökumətin həmin coğrafi obyektlərin adlarını işlətmə
qaydasını və federal xəritələrdə onların necə göstərilməsini
dəyişir. Bununla belə, Trampın prezident postundakı varisləri bu
dəyişiklikləri ləğv edən fərmanlar imzalaya bilərlər.