“Şamaxı” “Araz-Naxçıvan”a qalib gəlib – Premyer Liqa

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu
keçirilib.

“Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib.

Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa
çatıb.




Bu nəticədən sonra “Şamaxı” 9 xalla 6-cı sıraya yüksəlib. “Araz-Naxçıvan” isə 2 xalla 11-ci pilləni tutur.

Tura bu gün saat 19:00-da start götürəcək “Kəpəz” – “Sumqayıt”
matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, VI turun əvvəlki görüşlərində “Neftçi” “Qəbələ”yə
3:0, “Qarabağ” “Şəfa”ya və “Turan Tovuz” “Zirə”yə 1:0, “Sabah” isə
“İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.