
Bakı. Trend:
“Barselona” futbolçuları Alvaro Kortes və Toni Fernandeslə
yolları ayırıb.
Bu barədə klubun mərbuat xidməti məlumat yayıb.
Kortes “Antverpen”ə, Fernandes isə “Venesia”ya keçib.
21 yaşlı Korteslə bağlı anlaşmaya əsasən, Kataloniya klubu onun
gələcək satışından faiz əldə edəcək.
“Barselona” 18 yaşlı Toni Fernandesin geri almaq hüququnu və
onun gələcək satışından faiz payını özündə saxlayıb. Mətbuatda bu
transferin təxminən 4 milyon avroya başa gəldiyi bildirilib.
Kortes ötən mövsüm əsas komandada 1 oyun keçirib. O, 2025/2026
mövsümündə “Barselona B”nin heyətində 27 matçda 3 qol vurub və 2
məhsuldar ötürmə edib.
Toni Fernandes isə ötən mövsüm La Liqada 1 görüşdə meydana
çıxıb. O, “Barselona B”nin heyətində 24 oyunda 5 qol və 3 məhsuldar
ötürmə ilə yadda qalıb.

