
Bakı.Trend:
Ukrayna büdcə kəsiri ilə əlaqədar sərt qənaət rejiminə
keçir.
Ukrayna KİV-nin məlumatına görə, bunu ölkənin Baş naziri Sergey
Koretski bildirib.
“Nazirlər Kabineti pensiya və maaşlara toxunulmayacağına söz
verir. Artıq təxminən 70 milyard qrivna vəsait tapılıb və bu pul
ordunun ehtiyaclarına yönəldiləcək”, – deyə məlumatda
bildirilib.
Baş nazir bildirib ki, hər bir büdcə qrivnasına qənaət prinsipi
gələn il üçün dövlət büdcəsinin hazırlanması zamanı da tətbiq
olunacaq.
“27-ci il üçün büdcənin hazırlanması zamanı da hər bir büdcə
qrivnasına maksimum qənaət prinsipindən çıxış etməliyik.
Deputatlardan 27-ci il üçün büdcənin formalaşdırılması prosesinə
fəal şəkildə qoşulmalarını xahiş edirəm”, – deyə Koretski qeyd
edib.

