Rusiya ordusu Uman şəhərinə raket zərbəsi endirib, 6 nəfər yaralanıb

Baş səhifə

Rusiya ordusunun Ukraynanın Uman şəhərinə raket zərbəsi nəticəsində yaralanan 6 nəfərdən ikisi uşaqdır.

APA xəbər verir ki, bu barədə Çerkası Vilayət Hərbi Administrasiyasının rəhbəri İqor Taburets məlumat yayıb.

Onun sözlərinə görə, zərbə nəticəsində yaşayış infrastrukturu zədələnib.