Qalmaqallı müavinin yerinə yeni TƏYİNAT – FOTO

Cəmiyyət


Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.

Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini – İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.

www.RESMIXEBER.az