Polkovnik-leytenant Cavid Cabbarov dünyasını dəyişdi

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı, Vətən
müharibəsində 1-ci ordu korpusunun Əlahiddə Mühəndis-istehkam
taborunun keçmiş komandiri Cavid Cabbarov vəfat edib.

Bu barədə Trend
onun yaxınları məlumat verib.

Bildilir ki, o, uzun sürən xəstəlikdən sonra həyatını
itirib.




Cavid Cabbarov Azərbaycan Ordusunda uzun müddət xidmət edib.
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı
olub.

Cavid Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk
istehkamçı ixtisaslı məzunlarından olub.