Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə görüşüb

Baş səhifə

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün ABŞ və Rusiyanın ölkəsindəki diplomatları ilə görüşüb.

Ermənistan mediasının xəbərinə görə, Simonyan ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen və Rusiya səfiri Sergey Kopırkinlə görüş keçirib.

Təhlükəsizlik Şurasının katibi ABŞ və Rusiya diplomatları ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib.