Pakistan ABŞ və İranı təmkinli olmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

Pakistan ABŞ və İranı eskalasiyadan çəkinməyə və İslamabad
Memorandumunun şərtlərini pozmamağa çağırır.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında
bildirilib.




“Pakistan bölgədə gərginliyin artması ilə bağlı dərin
narahatlığını bildirir. Münaqişənin yenidən alovlanması heç kimin
maraqlarına uyğun deyil. Pakistan bütün tərəfləri təmkinli olmağa
və regional sülh və sabitliyi daha da poza biləcək hər hansı bir
hərəkətdən çəkinməyə çağırır”, – deyə qeyd olunub.

Nazirlik bildirib ki, İslamabad bütün tərəfləri regionda və
ondan kənarda qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və ortaq rifah
üçün möhkəm təməl olaraq qalan İslamabad Anlaşma Memorandumu
çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırır.