Ötən il İranla ikitərəfli yükdaşımaların həcmi 2,3 milyon tona çatıb – Baş nazirin müavini

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İran Şimal- Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi
çərçivəsində mühüm tranzit tərəfdaşları qismində çıxış edirlər.

Trend xəbər verir ki, bunu Baş nazirin müavini,
Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev Bakıda
keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə
Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında deyib.




O bildirib ki, 2025-ci ildə ikitərəfli yükdaşımaların həcmi 2,3
milyon tona çatıb, bununla da müsbət artım dinamikası müşahidə
olunub. Şahin Mustafayevin sözlərinə görə, artım həm avtomobil, həm
də dəmir yolu yükdaşımalarında qeydə alınıb.

“Şimal- Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının
reallaşdırılması baxımından Rəşt-Astara hisssinin tikintisi mühüm
əhəmiyyət daşıyır. Astara Yük Treminalı Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizinin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət
daşıyır. Terminalın yükdaşıma imkanlarının 5 milyon tona qədər
nəzərdə tutulması bu marşrutun tranzit potensialının artırılmasına
mühüm töhfə verir”, – deyə Baş nazirin müavini əlavə edib.