Nepalda avtobus dağ yolundan aşdı – Ölənlər var

Baş səhifə

Bakı. Trend:

Nepalda sərnişin avtobusunun yüksək dağlıq yoldan dərəyə aşması
nəticəsində azı 12 nəfər həlak olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, avtobus 50 metr hündürlükdən Tamakoşi çayının
üzərinə aşıb.




Xilasedicilər artıq çaydan altı meyit çıxarıblar.
Zərərçəkənlərdən altısı isə xəstəxanada ölüb.

Qəzanın səbəbləri araşdırılır.