Benzema “Əl-Hilal” futbol klubundan ayrıldı

Baş səhifə

Bakı. Trend:

Kərim Benzemanın Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol
klubundakı karyerası başa çatıb.

38 yaşlı hücumçu klub rəhbərliyi ilə müqavilənin vaxtından əvvəl
ləğvi barədə razılığa gəlib.

Benzema gələcəyi ilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacaq.
Onun qarşısında karyerasını başa vurmaq və ya Səudiyyə
Ərəbistanında başqa klubda çıxış etmək variantları var.




Fransalı futbolçunun Avropaya qayıdışının isə gözlənilmədiyi
bildirilir.

Qeyd edək ki, Benzema “Əl-Hilal”a 2026-cı ilin yanvarında
keçib.