
Bakı. Trend:
Kilian Mbappe “Real Madrid” futbol komandasının heyətində
məhsuldar çıxışını davam etdirir.
Fransalı hücumçu La Liqanın üçüncü turunda “Malaqa” ilə oyunda
fərqlənərək Madrid klubunda 90-cı qolunu vurub. Bu, onun İspaniya
çempionatındakı 60-cı qolu olub.
Mbappe cari mövsümdə üç oyunda dörd dəfə fərqlənib. AS nəşri
qeyd edir ki, hücumçu artıq “Piçiçi” və “Qızıl buts” uğrunda
mübarizədə önə çıxmaq niyyətindədir.
Statistikaya görə, 2024/25 mövsümündən bəri Mbappedən daha çox
qol vuran yeganə futbolçu Harri Keyndir. İngiltərəli hücumçu bu
müddətdə 62 dəfə fərqlənib.
“Malaqa” isə Mbappenin peşəkar karyerasında qol vurduğu 90-cı
rəqib olub. Fransalı futbolçu La Liqada qarşılaşdığı 23 komandadan
22-nin qapısına yol tapıb. Yalnız “Elçe”yə qarşı fərqlənə
bilməyib.
AS həmçinin vurğulayır ki, Joze Mourinyonun rəhbərliyi altında
“Real”ın hücum xəttində rollar daha aydın bölünüb: Cud Bellinqem
oyunun tempini müəyyənləşdirir, Vinisius müdafiə və məhsuldar
ötürmələrdə daha fəaldır, Mbappe isə qol yükünü daşıyır.

