“Mançester Yunayted” öz lehinə avtoqolların sayına görə Premyer Liqanın rekordçusu olub

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted” öz lehinə avtoqolların sayına görə Premyer
Liqanın rekordçusu olub.

Premyer Liqanın 2-ci turunda “Mançester Yunayted” “İpsviç”i 5:2
hesabı ilə məğlub edib. Matçın 56-cı dəqiqəsində Harri Maquayrın
zərbəsindən sonra top rəqib müdafiəçi Ceykob Qrivzin ayağından
rikoshet edərək qapıya daxil olub.




Qrivzin bugünkü görüşdə öz qapısına vurduğu qol “Mançester
Yunayted”in lehinə qeydə alınan 80-ci avtoqol olub. Bununla da
mankunianlılar Premyer Liqa tarixində bu göstərici üzrə mütləq
rekordçuya çevriliblər. Onlar 79 avtoqol ilə ikinci olan
“Liverpul”u geridə qoyublar.