
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb, 237 nəfər isə xilas edilib.
Modern.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Bildirilib ki, hazırda hadisə yerində 23 nəfərin axtarışı istiqamətində əməliyyat davam etdirilir.
16:22
Şimali Kipr sahillərində sərnişin gəmisinin batması nəticəsində 6 nəfərin öldüyü, 172 nəfərin xilas edildiyi açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının nəqliyyat naziri Erhan Arıklı A Haber telekanalına bildirib.
Onun sözlərinə görə, xilas edilənlər arasında ağır yaralananlar da var.
Son dəqiqləşdirilmiş məlumata görə, “Filo Jet” gəmisinin göyərtəsində 259 sərnişin və 8 ekipaj üzvü olmaqla ümumilikdə 267 nəfər olub.
Xilasedicilər ilk ölənin meyitini aşkarlayıblar. 159 nəfər xilas edilib, digər şəxslərin axtarışı davam etdirilir.
Gəmidə Almaniya və İran vətəndaşlarının olduğu təsdiqlənib. Digər sərnişinlərin və turistlərin vətəndaşlığı müəyyənləşdirilir.
15:30
Xəbər verdiyimiz kimi Şimali Kipr Türk Respublikasında (ŞKTR) Girne şəhəri yaxınlığında sərnişin gəmisi batıb.
Modern.az xəbər verir ki, batan gəmidən 159 nəfər xilas edilib. Bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.
“Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 267 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, “Akgünlerin Express” gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub”, – şəhər meri qeyd edib.

