
Şimali Kipr sahillərində yan tərəfə yatan, daha sonra tərsinə çevrilən gəmi artıq tam batıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Şimali Kipr Türk Cümheriyyətinin nəqliyyat naziri Erhan Arıklı məlumat verib. Nazir deyib ki, xilas edilən 237 nəfərdən 161 sərnişin xəstəxanaya yerləşdirilib, 76 sərnişin ailələri ilə görüşüb.
Erhan Arıklı qeyd edib ki, gəminin batma səbəbi “qara qutu” tapıldıqdan sonra öyrəniləcək.
***
15:07
Şimali Kipr Türk Respublikasında (ŞKTR) Girne şəhəri yaxınlığında sərnişin gəmisi batıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sahildən təxminən 6.44 kilometr uzaqlıqda batan gəmidə 260 sərnişin olub.
Məlumata görə, hazırda xilasetmə işləri aparılır.

