Naxçıvan regional iqtisadi diplomatiyanın yeni platformasına çevrilir – Ceyhun Cəlilov

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında keçirilən “2-ci
Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən Naxçıvan
Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun bölgənin strateji
əhəmiyyətinin artdığını bildirib.

Trend xəbər verir ki, onun
sözlərinə görə, Naxçıvan Türk dünyasının mühüm coğrafi
mərkəzlərindən biri kimi bu gün həm də yeni iqtisadi əməkdaşlıq
platformasına çevrilir.

“Forum dövlət başçılarının müəyyən etdiyi kursun ardıcıl
davamıdır və iki ölkənin siyasi birliyi iqtisadi tərəfdaşlığı daha
da gücləndirir,” – deyə o vurğulayıb.