“Mançester Yunayted” – “Sabah” oyununda 4-cü qol vurulub – YENİLƏNİB 3

Baş səhifə

İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda dördüncü qol vurulub.

Modern.az-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi bir qədər də artırıblar – 4:0.

68-ci dəqiqədə Lisandro Martines adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında keçirilən I tur oyununda ilk hissə başa çatıb.

Modern.az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu fasiləyə məğlub yollanıb – 0:3.

“Qırmızı şeytanlar”ın heyətində qolları 27-ci dəqiqədə Mateus Kunya, 42-ci dəqiqədə Brunu Fernandeş və 45-ci dəqiqədə Benyamin Şeşko vurublar.

23:34

UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında keçirilən I tur oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşmanın 27-ci dəqiqəsində “qırmızı şeytanlar”ın heyətində Mateus Kunya fərqlənib – 1:0.

Görüşü Fransa Futbol Federasiyasından FIFA dərəcəli hakim Villi Delajo idarə edir.

***

“Mançester Yunayted” – “Sabah” qarşılaşmasında start fiti səslənib.

Modern.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçirilən görüş İngiltərənin “Old Trafford” stadionunda başlayıb.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.