
Bakı. Trend:
ABŞ İrana qarşı sanksiya siyahısına 14 şəxs və beş şirkət əlavə
edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət
İdarəsi məlumat yayıb.
Yeni sanksiyalar İraq, BƏƏ, Suriya və Livan vətəndaşlarına,
həmçinin bu ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərə şamil
edilir.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısında olan
qurumlarla maliyyə əməliyyatlarına icazə verən lisenziyaların
verilməsi qaydalarını sərtləşdirib.
Sanksiyalar çərçivəsində ABŞ-dəki aktivlər dondurulur və Amerika
vətəndaşları ilə şirkətlərinə siyahıda yer alan şəxslər və
qurumlarla əməliyyat aparmaq qadağan edilir.

