Şəmkirdə istixanada yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Şəmkir rayonunun Zəyəm qəsəbəsində vətəndaşa məxsus istixanada
yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bununla bağlı
FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.




“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri cəlb olunub.

İstixana ərazisində plastik tullantıların yığıldığı sahədə baş
vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə
olunub”, – deyə məlumatda qeyd edilib.