Bakı. Trend:
Livan ordusu atəşkəs qüvvəyə mindikdən sonra İsrailin
hücumlarının davam etdiyini təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə Livan ordusunun mətbuat xidməti “X”
sosial şəbəkəsində.
Livanın cənubunda yaşayan sakinlərə evlərinə qayıtmamağa çağırış
edilib.
“[Livan ordusu] vətəndaşlara müraciət edərək [Livan və İsrail
arasında atəşkəs razılaşmasının] bir sıra pozuntuları və nəticədə
qeydə alınan İsrail hücumları səbəbindən cənub kənd və qəsəbələrinə
qayıtmağa tələsməməyə çağırır”, – deyə bildirilib.
Qeyd edilib ki, ölkənin hərbi rəhbərliyi lazımi təhlükəsizlik
tədbirləri görmək üçün vəziyyəti izləyir və Livanın təhlükəli
ərazilərindən, xüsusən də gecələr uzaq durmağa çağırır

