İsrail İrana qarşı hava hücumları həyata keçirib

Baş səhifə

Bakı. Trend:

İsrail İranın qərbində və mərkəzi hissəsində yerləşən hərbi
obyektlərə hava zərbələri endirib.

Trend-in
məlumatına görə, bu barədə İsrail ordusu xəbər verib.




Eyni zamanda, İranın “PressTV” televiziya kanlı paytaxt Tehran,
Təbriz və İsfahan da daxil olmaqla bir sıra İran şəhərlərində güclü
partlayışların eşidildiyini bildirib.

Qeyd edək ki, ötən gecə İran İsrailə ballistik raketlər atıb.
Onların hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən ələ
keçirilib.