İraq cənub limanları vasitəsilə gündəlik 2,1 milyon barel neft ixrac etdiyini açıqladı

Baş səhifə

Bakı. Trend:

İraq Fars körfəzi sahilində ölkənin cənubunda yerləşən limanlar
vasitəsilə gündəlik 2,1 milyon barrelədək neft ixrac edir.

Bu barədə İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Səlim
ər-Rikabi məlumat verib.




“Hazırda İraqın cənub limanları vasitəsilə gündə 2-2,1 milyon
barrel neft ixrac edirik”, – deyə ər-Rikabi bildirib. Onun
sözlərini “Baghdad Today” xəbər portalı yayıb. O əlavə edib ki,
“daha 150 min barrel xam neft Aralıq dənizi sahilində yerləşən
Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxarılır”.

Neft Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Ceyhan
vasitəsilə ixrac “davamlı şəkildə artır” və nazirlik Türkiyə
limanına gedən neft kəmərinin ötürücülük gücünü gündəlik 750 min
barrelədək artırmağa çalışır.