İran ABŞ-yi BMT TŞ qərarlarından sui-istifadə etməkdə ittiham edib

Baş səhifə

Bakı. Trend:

ABŞ İran və onun dinc nüvə proqramı haqqında yalanlar yaymaqla
BMT Təhlükəsizlik Şurasından sui-istifadə edir.

Trend-in məlumatına görə, bu barədə İranın BMT-dəki Daimi
Nümayəndəliyi açıqlama yayıb.




“Tarixdə nüvə silahından istifadə edən yeganə ölkə olan ABŞ
BAEA-nin təminatları altında dinc nüvə obyektlərinə edilən
hücumlara, mülki şəxslərə və infrastruktura edilən zərbələrə görə
məsuliyyət daşıyır. ABŞ qanunsuz dəniz blokadaları və İsrail
rejiminin bölgədəki cinayətlərinə və vəhşiliklərinə qeyd-şərtsiz
dəstək verməklə beynəlxalq hüququ pozmağa davam edir”, – deyə
bildirilib.

İranın daimi nümayəndəliyi bildirib ki, Vaşinqton “İrana qarşı
yalanlar, saxta ittihamlar və dezinformasiya yaymaqla BMT
Təhlükəsizlik Şurasının platformasından bir daha sui-istifadə
edib”.