
Bakı.Trend:
Hindistan parlamentinin Rabitə və İnformasiya Texnologiyaları
Komitəsi “Meta” şirkətinin baş icraçı direktoru Mark Zukerberqə
sosial şəbəkədə Baş nazir Narendra Modinin paylaşımının müvəqqəti
silinməsinə görə, üç günlük ultimatum verərək ondan üzr istəməyi
tələb edib.
Bu barədə “India Today” öz mənbələrinə istinadən məlumat
yayıb.
Tələblər yerinə yetirilməyəcəyi təqdirdə, Hindistan “Meta”nı
hüquqi müdafiə təmin edən “safe harbour” (“təhlükəsiz liman”)
statusundan məhrum etməyi planlaşdırır. Bu isə platformanın rəhbər
şəxslərinin cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə
bilər.
Söhbət Modinin Facebook və Instagram platformalarında yayımlanan
videomüraciətinin silinməsindən gedir. Hindistanın baş naziri həmin
videoda tələbə etirazları fonunda sənədlərin sızdırılmasına görə
sərt tədbirlərin görüləcəyini vəd edib. Meta paylaşımı qısa
müddətlik bloklasa da, mənfi reaksiyalardan sonra onu yenidən bərpa
edib.
Parlament komissiyasında paylaşımın müvəqqəti silinməsi “demokratiyaya hücum” kimi qiymətləndirilib.

