
HƏMAS və İsrail arasında vasitəçilər vasitəsilə aparılan danışıqlarda irəliləyişlər əldə olunub.
Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun rəhbərinin media üzrə müşaviri Tahir əl-Nunu açıqlama verib. O bildirib ki, Misirdə keçirilən danışıqlarda HƏMAS-ın nümayəndə heyəti konstruktiv münasibət nümayiş etdirib və sazişin başa çatması istiqamətində lazımi irəliləyişi təmin etməyə çalışıb. Açıqlamada deyilir ki, vasitəçilər atəşkəsin həyata keçirilməsinə mane olan bütün maneələri aradan qaldırmaq üçün səylə çalışır.
Bildirilib ki, danışıqlarda girovların azad edilməsi, İsrail qüvvələrinin Qəzzadan çıxarılması, əsir mübadiləsinin həyata keçirilməsi mexanizmləri müzakirə olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

