
Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata
keçirilən nəzarət tədbirləri zamanı “Foreign Fruit” MMC-nin
Gürcüstan Respublikasından idxal etdiyi “Yunion Export 2024”
müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof
məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə
laborator müayinəyə cəlb edilib.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, sınaq nəticəsində məhsul partiyasında karantin
tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb.
Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə
olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük
ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya
məhv edilməsi barədə qərar qəbul edilib.

