Fransa bu ölkəyə ordusuna zirehli texnika verib

Baş səhifə

Bakı. Trend:

Fransa Livan silahlı qüvvələrinə 39 zirehli nəqliyyat vasitəsi
verib.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Qeyd edək ki, hər biri təxminən 10 hərbçini daşımaq
qabiliyyətinə malik olan bu zirehli texnikalar Livan ordusunun
riskli ərazilərdə keçirdiyi əməliyyatlar zamanı hərəkət
qabiliyyətini və müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Bu yardım Fransanın Livan ordusuna dəstək çərçivəsində götürdüyü
öhdəliklərin bir hissəsidir. Rəsmi Paris artıq bir neçə ildir ki,
Beyrutla sıx hərbi əməkdaşlıq edir və bu, Livan silahlı
qüvvələrinin əməliyyat imkanlarını gücləndirməyə yönəlib.