
Bakı. Trend:
Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna
oktyabrın 22-də Bakıdakı Zəfər parkını ziyarət edib.
Trend xəbər
verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Nazir parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi
misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin
yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin
əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı
məlumat verilib.
Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində
44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22
metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə
parkın açılışı olub.

