Dünya çempionatı: İngiltərə millisi Panamaya qalib gələrək qrup birincisi olub

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin oyunları davam
edir.

L qrupunun III turu çərçivəsində İngiltərə və Panama yığmaları
qarşılaşıb. “Nyu-York/Nyu-Cersi” stadionunda baş tutan görüş Avropa
təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.




Matçda hesab 62-ci dəqiqədə açılıb, İngiltərə millisinin
yarımmüdafiəçisi Cud Bellinqem fərqlənib. Bu qoldan 5 dəqiqə sonra
– qarşılaşmanın 67-ci dəqiqəsində Harri Keyn rəqib qapısına yol
taparaq komandasının üstünlüyünü möhkəmləndirib.

Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran Tomas
Tuxelin rəhbərlik etdiyi kollektiv L qrupunu birinci sırada
tamamlayaraq pley-off mərhələsinə vəsiqə qazanıb.