
Bakı. Trend:
DİN vətəndaşlara tanıdıqları şəxslərin adından gələn şübhəli
mesajlara inanmamağı tövsiyə edib.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, son günlər “WhatsApp” tətbiqində və ya sosial
şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların
yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə
pul vəsaiti istənilməsi halları müşahidə olunur:
“Belə hallarda kiberdələduzlar tanıdığınız şəxsin adından,
fotoşəklindən və digər məlumatlarından istifadə edərək saxta hesab
yaradır, yaxınlarına yazaraq təcili pul göndərilməsini xahiş
edirlər.
Vətəndaşlara müraciət edərək bu cür mesajlara qarşı diqqətli
olmağa, tanıdıqları şəxsin adından göndərilən, xüsusilə də pul
vəsaiti tələb olunan şübhəli müraciətlərə dərhal inanmamağa
çağırırıq.
Sizə tanıdığınız şəxsin adından pul göndərilməsi barədə mesaj
daxil olarsa, ilk növbədə həmin şəxslə digər vasitə ilə əlaqə
saxlayaraq məlumatın həqiqiliyini dəqiqləşdirin.
Şəxsin profil fotosunun və adının tanış olması hesabın məhz
həmin şəxsə məxsus olduğunu təsdiq etmir.
Şübhəli hesab və mesajlarla qarşılaşdıqda pul vəsaiti
göndərməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, şübhəli
keçidlərə daxil olmayın”.
Vətəndaşlara kiberdələduzluqla qarşılaşdıqda dərhal DİN-in “102”
Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə
hesablarına müraciət etməkləri bildirilib.

