Böyük Britaniyanın müdafiə nazirinin telefon nömrəsi internetdə yayılıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinqin şəxsi mobil
telefon nömrəsi internetdə açıq çıxışda aşkarlanıb.

Bu barədə Politico nəşri məlumat yayıb.




Bundan başqa, internetdə ədliyyə naziri Aleks Norrisin və Şimali
İrlandiya məsələləri üzrə nazir Kris Brayantın telefon nömrələri də
aşkar edilib.

Bundan əvvəl Politico Böyük Britaniyanın Baş naziri Endi
Börnhemin özünü Ağ Evin aparat rəhbəri Syuzi Uaylz kimi təqdim edən
fırıldaqçı ilə mesajlaşdığını bildirmişdi.