Bakıda evinin damında təmir işləri aparan 37 yaşlı kişi yıxılaraq ölüb

Baş səhifə

Bakıda təmir işləri aparan 37 yaşlı kişi evin damından yıxılaraq ölüb.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Azat Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır