Ağdam şəhərinə növbəti köç olub

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu mərhələdə 117 ailə – 362 nəfər Ağdam şəhərinə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.




Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini
bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən
rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif
yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdir.