
İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandirlərindən biri olan Ömər Məhəmməd Rüşdi əs-Sərrac öldürülüb.
Modern.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirildiyinə görə, o, HƏMAS hərəkatının hərbi qanadının komandiri olub.
Hücum zamanı HƏMAS-ın bir döyüşçüsünün də öldürüldüyü bildirilir.

